
Samsung Galaxy S24 FE-nin texniki imkanları barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
30.04.2024
Farid
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy S24 FE smartfonu üzərində çalışır. İndi isə insayderlər Galaxy S24 FE-nin texniki imkanları ilə bağlı təfərrüatları bölüşüblər. Beləliklə verilmiş məlumatlara əsasən Galaxy S24 FE smartfonu satışa çıxacağı regiondan asılı olaraq ya Exynos 2400 prosessoru ya da Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
Məlumatda qeyd edilib ki, smartfon üstəlik özündə 8 GB RAM-ı və 256/512 GB daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlər bildiriblər ki, digər texniki göstəricilərə gəldikdə isə Galaxy S24 FE smartfonu adi Galaxy S24 ilə eyni olacaq. Yəni yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP + 10 MP + 12 MP üçlü arxa kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Galaxy S24 FE-nin bu ilin ikinci yarısında təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
