Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı bir daha təsdiqlənib
Cihazlar+
16.08.2024
Emil Nəcəfov
Samsung şirkəti Galaxy S24 FE-nin təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir. 91mobiles saytı öz növbəsində aşkar edib ki, şirkətin bu yeni smartfonu Hindistanın BIS adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə Galaxy S24 FE-nin yaxın zamanda təqdim olunacağı fikrini təsdiqləyir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında smartfon SM-S721B/DS model nömrəsi ilə əks olunub. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə eyni model nömrəsi Samsung-un rəsmi saytında da ortaya çıxmışdı.
Təəssüflər olsun ki, sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Galaxy S24 FE-nin texniki imkanları ilə bağlı heç bir məlumat yoxdur. Lakin daha əvvəlki məlumat sızıntılarına inansaq, bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü ekranla təchiz olunacaq və Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Üstəlik Galaxy S24 FE-nin 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı və 10 MP-lik ön kameranı əldə edəcəyi gözlənilir. Smartfonun oktyabr ayında təqdim ediləcəyi güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Büdcəli Samsung Galaxy A06 smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Samsung Galaxy A06 smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy A smartfon seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, Galaxy A06-dan gedir.
Samsung Galaxy S25 Ultra-nın ilk render fotosu təqdim edilib
Samsung Galaxy S25 Ultra-nın ilk render fotosu təqdim edilib
Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra-nın ilk render fotosunu bölüşüb.
Samsung Galaxy S24 FE-nin nə zaman təqdim olunacağı açıqlanıb
Samsung Galaxy S24 FE-nin nə zaman təqdim olunacağı açıqlanıb
Son günlər ərzində Samsung Galaxy S24 FE barəsində çoxlu sayda məlumat ortaya çıxıb.
Samsung Galaxy A16-nın nə zaman təqdim olunacağı açıqlanıb
Samsung Galaxy A16-nın nə zaman təqdim olunacağı açıqlanıb
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy A16 adlı yeni büdcəli smartfonu üzərində çalışır.
Samsung Galaxy S24 FE-nin Exynos prosessorlu versiyası Geekbench testlərindən keçib
Samsung Galaxy S24 FE-nin Exynos prosessorlu versiyası Geekbench testlərindən keçib
Dünən Android Headlines saytı yaxın aylarda təqdim olunacaq Samsung Galaxy S24 FE smartfonunun rəsmi press render fotolarını təqdim etdi.
Həftənin xəbərləri
Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb