
Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı təsdiqlənib
Cihazlar+
06.08.2024
Emil
Samsung şirkətinin bu ilin sonuna kimi Galaxy S24 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə məlum olub ki, sözügedən smartfon Samsung-un rəsmi saytında ortaya çıxıb. Məsələ burasındadır ki, Samsung-un rəsmi saytında SM-S721B model nömrəsinə sahib cihazın səhifəsi ortaya çıxıb. İnsayderlər isə bildiriblər ki, bu model nömrəsi Galaxy S24 FE-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasına aiddir. Beləliklə Samsung yaxın zamanda Galaxy S24 FE-nin təqdim olunacağını təsdiqləmiş oldu. Bəzi məlumatlara əsasən Samsung-un bu yeni smartfonu Exynos 2400 prosessoru vasitəsilə çalışacaq və qutudan OneUI 6.1.1 interfeysli Android 14-ü əldə edəcək. Üstəlik Galaxy S24 FE-nin 50 MP-lik əsas arxa kameranı əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
