Logo
    main-post-cover

    Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.09.2024
    Emil
         Son zamanlarda olmuş çoxlu sayda məlumat sızıntısından sonra Samsung şirkəti sonunda Galaxy S24 FE smartfonunu təqdim edib. Təqdim edilmiş Galaxy S24 FE xarici görünüşcə adi Galaxy S24-ə bənzəyir. Yeni smartfon 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1900 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Galaxy S24 FE smartfonu Exynos 2400e prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 12 MP + 50 MP + 8 MP üçlü arxa kameraya və 10 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy S24 FE 25 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o, 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfon qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy S24 FE 7 il ərzində həm Android həm də təhlükəsizlik dəstəyinə sahib olacaq. Bununla yanaşı bu yeni smartfon digər Galaxy S24 modelləri kimi Galaxy AI ekosisteminin süni zəka funksiyalarını dəstəkləyir. Galaxy S24 FE-nin satışlarına 3 oktyabr tarixində start veriləcək və onun qiyməti 650$-dan başlayacaq.
    Paylaş