main-post-cover

    Samsung Galaxy S24, S24+ və S24 Ultra təqdim olunub - QİYMƏTİ (VİDEO)

    Cihazlar+
    18.01.2024
    Emil Nəcəfov
         Samsung şirkəti dünən gecə Galaxy S24 smartfon seriyasını təqdim etdi. Təqdim edilmiş yeni smartfonlar xarici görünüşcə keçən ilki Galaxy S23 modellərinə bənzəsələr də, texniki imkanlar və yeni proqram təminatı funksiyaları cəhətdən Galaxy S23 smartfonlarından tamamilə fərqlənirlər. Galaxy S24 smartfonlarında reallaşdırılmış əsas yenilik süni zəka funksiyaları ilə bağlıdır. Lakin bu barədə xəbərin sonlarına yaxın ətraflı danışacağıq. İlk növbədə smartfonların özlərinə nəzər salaq. Yeni smartfon seriyasına ənənəyə sadiq qalaraq 3 model daxil olub. Galaxy S24, S24+S24 Ultra. İlk öncə Galaxy S24 və S24+ modellərinə baxaq. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki göstəricilər baxımından bir-birilərinə bənzəyirlər.
         Adi Galaxy S24 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.2 düym Dynamic AMOLED 2X ekranla, Galaxy S24+ modeli isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3120x1440 piksel keyfiyyətli 6.7 düym Dynamic AMOLED 2X ekranla təchiz olunub. Hər iki modeldə ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Üstəlik smartfonların ekranları Corning şirkətinin Gorilla Glass Armor adlı yeni qoruyucu şüşəsi ilə əhatə olunublar. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar və özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər.
         Bu smartfonlar satışa çıxacaqları regiondan asılı olaraq Exynos 2400 və ya Snapdragon 8 Gen 3 for Galaxy prosessorlarından birinə sahib olacaqlar. Adi Galaxy S24 modeli 8 GB RAM128/256 GB daxili yaddaş həcmi, Galaxy S24+ modeli isə 12 GB RAM 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Kamera göstəriciləri də bu smartfonlarda eynidir. Belə ki, hər iki smartfon 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, 2 qat optik zoom, 85 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, optik stabilizasiya, 3 qat optik zoom, 30 qat rəqəmsal zoom, 36 dərəcə bucaq əhatəsi) üçlü arxa kameraya və 12 MP-lik (f/2.2 diafraqma, avtofokus, 80 dərəcə bucaq əhatəsi) ön kameraya sahibdir.
         Adi Galaxy S24 modeli 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o, 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Galaxy S24+ modelinə gəldikdə isə o, 45 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o, 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Hər iki smartfon qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. İndi isə keçək Galaxy S24 Ultra-nın texniki imkanlarına. Beləliklə Galaxy S24 Ultra modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3120x1440 piksel keyfiyyətli 6.8 düym Dynamic AMOLED 2X ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir.
         Ekran Gorilla Glass Armor, arxa panel isə Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Galaxy S24 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Bundan əlavə olaraq Galaxy S24 Ultra-nın daha bir fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy S24 Ultra modeli Snapdragon 8 Gen 3 for Galaxy prosessoru, 12 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 200 MP (f/1.7 diafraqma, optik stabilizasiya, 2 qat optik zoom, 85 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, optik stabilizasiya, 3 qat optik zoom, 30 qat rəqəmsal zoom, 36 dərəcə bucaq əhatəsi) + 50 MP (f/3.4 diafraqma, optik stabilizasiya, 5 qat optik zoom, 100 qat rəqəmsal zoom) dördlü arxa kamera, 12 MP-lik (f/2.2 diafraqma, avtofokus, 80 dərəcə bucaq əhatəsi) ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
         Smartfon üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Galaxy S24 və S24+ kimi S24 Ultra da qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Xəbərin əvvəlində də qeyd edildiyi kimi Galaxy S24 smartfonlarında reallaşdırılmış əsas yenilik süni zəka funksiyalarıdır. Samsung bu yeni smartfonlarda Galaxy AI adlı süni zəka sistemini reallaşdırıb. Şirkətin sözlərinə əsasən bu, əhəmiyyətlik nöqteyi nəzərdən adi mobil telefonlardan smartfonlara keçidi xatırladır. Beləliklə Galaxy S24 smartfonlarında reallaşdırılmış süni zəka funksiyalarından biri telefon danışıqlarının və mətn formatında olan mesajların real zaman ərzində tərcüməsidir. Telefon danışığı zamanı digər dildə danışan həmsöhbət şəxsin nitqi tərcümə olunaraq smartfon ekranında altyazı formatında əks olunur.
         Bununla yanaşı əks olunan altyazı audio formatda istifadəçiyə çatdırılır. Bu funksiya hələ ki, ingilis, ispan, fransız, italyan, çin, yapon, koreya və bir sıra digər dilləri dəstəkləyir. Bu funksiya hətta internetə çıxış olmadan belə lokal şəkildə smartfon daxilində çalışa bilir. Digər bir funksiya olan Chat Assist isə mesajlarda və digər tətbiqlərdə uyğun ünsiyyət tonunu təyin etməkdə yardımçı olacaq. Bu funksiya faktiki olaraq istifadəçinin öz fikirlərini necə ifadə etmək istədiyi barəsində yardımçı olacaq. Bundan əlavə olaraq Samsung klaviaturasına da süni zəka sistemi inteqrasiya edilib və o, real zaman ərzində mesajları 13 dilə tərcümə edə bilir.
         Note Assist funksiyası Samsung Notes tətbiqində mətnlərlə çalışmaq üçün nəzərdə tutulub. Süni zəka sözügedən tətbiqdəki hər hansısa mətnin məğzini təyin edir, onu strukturlaşdırır və istifadəçinin mətndəki orfoqrafik səhvlərini düzəldir. Süni zəka sistemi həmçinin bu və ya digər mətn barəsində qısa hesabatı da təqdim edir. Belə ki, sistem mətndəki vacib hissələri yığır və onları markerlənmiş siyahı şəklində istifadəçiyə təqdim edir.
         Transcript Assist funksiyası səsli qeydlərin transkripsiyasını, tərcüməsini və qısa məzmununu təmin edir. Məsələn bu funksiyanı ingilis dilində olan xəbərlərə dair qeydlərə tətbiq etmək olar. Əgər səsli qeydlərdə bir neçə nəfər danışırsa, funksiya hər bir şəxsin səsini bir-birindən ayıra bilir.
         Samsung şirkəti Google ilə əməkdaşlıq çərçivəsində Galaxy S24 smartfonlarında yeni axtarış funksiyasını reallaşdırıb. Söhbət, Circle to Search funksiyasından gedir. Bu funksiya smartfon ekranında əks olunan bu və ya digər lazımi əşyanı seçərək onun barəsində faydalı məlumatları əldə etməyə imkan verir.
         Süni zəka funksiyası üstəlik foto və video redaktə prosesində də reallaşdırılıb. Məsələn Generative Edit funksiyası generativ süni zəka vasitəsilə bu və ya digər fotoda çatışmayan fon hissəsini tərtib edə bilir. Bununla yanaşı fotodakı obyektlərin yerlərini dəyişmək və ya obyektləri ümumiyyətlə əvəz etmək də mümkündür. Bununla yanaşı istifadəçilər Galaxy S24 smartfonlarında bu və ya digər videonun redaktəsi halında bir neçə video ilə çalışa, həmin videoları birləşdirə, onlara müxtəlif effektlər, mətnlər, musiqilər əlavə edə bilərlər. Beləliklə Galaxy S24 smartfonları 31 dekabr tarixində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 128 GB yaddaşa sahib Galaxy S24 - 799$
    - 256 GB yaddaşa sahib Galaxy S24 - 859$
    - 256 GB yaddaşa sahib Galaxy S24+ - 999$
    - 512 GB yaddaşa sahib Galaxy S24+ - 1119$
    - 256 GB yaddaşa sahib Galaxy S24 Ultra - 1299$
    - 512 GB yaddaşa sahib Galaxy S24 Ultra - 1419$
    - 1 TB yaddaşa sahib Galaxy S24 Ultra - 1659$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 Ultra ilə S23 Ultra müqayisə edilib
    sasmung-galaxy-s24-ultra-ile-s23-ultra-muqayise-edilib
    OneUI 6.1 istifadəçi interfeysini ilk əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
    oneui-61-istifadeci-interfeysini-ilk-elde-edecek-samsung-smartfonlarinin-siyahisi-teqdim-edilib
    2023-cü ildə smartfon təchizatı həcmi mövzusundakı lider brendlər məlum olub
    2023-cu-ilde-smartfon-techizati-hecmi-movzusundaki-lider-brendler-melum-olub
    Samsung Galaxy Y55-in fotosu ortaya çıxıb
    samsung-galaxy-y55-in-fotosu-ortaya-cixib
    Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S24 Ultra-nın yeni real fotoları təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-samsung-galaxy-s24-ultra-nin-yeni-real-fotolari-teqdim-edilib