
Samsung Galaxy S24 seriyasında Galaxy S24+ modelindən imtina edəcəkmi?
Bu ilin əvvəlində məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy S24 smartfon seriyasında Galaxy S24+ modelindən imtina edə bilər. Məlumatda qeyd edilmişdi ki, şirkət Galaxy S+ modellərinin aşağı satış göstəricilərindən narazıdır. İnsayderlər bu məsələ ilə bağlı yeni məlumatı təqdim ediblər. Onların sözlərinə əsasən Samsung yaxın zamanda bu cür ciddi dəyişikliyi reallaşdırmağı planlaşdırmır. İnsayderlər bildiriblər ki, şirkət hal hazırda Galaxy S24 seriyasında 3 ədəd model üzərində çalışır və onlardan biri də məhz Galaxy S24+ olacaq.
Burdan da belə qənaətə gəlmək olar ki, digər iki model Galaxy S24 və Galaxy S24 Ultra olacaq. Galaxy S24-ün texniki özəllikləri barəsində hələ dəqiq bir məlumat yoxdur. Sadəcə olaraq son zamanlarda insayderlər bildirirlər ki, Samsung gələn ilki Galaxy S smartfonlarında 3 qat zoom özəllikli teleobyektivi 5 qat zoom özəllikli teleobyektiv ilə əvəz edəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər