
Samsung Galaxy S24 smartfon seriyası gözlənildiyindən daha tez təqdim edilə bilər
Cihazlar+
26.09.2023
Emil Nəcəfov
Heç sirr deyil ki, Samsung hal hazırda aktiv şəkildə Galaxy S24 smartfon seriyası üzərində çalışır. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində şirkətin bu smartfon seriyasını nə zaman təqdim etməyi planlaşdırdığı barəsində məlumatı təqdim edib. İnsayderin verdiyi məlumata əsasən Galaxy S24 smartfon seriyası gözlənildiyindən daha tez təqdim edilə bilər. İnsayderin sözlərinə əsasən Galaxy S24 smartfonları artıq 18 yanvar tarixində təqdim oluna bilərlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23 smartfon seriyası bu ilin fevral ayının əvvəlində təqdim olunmuşdu. Samsung sonuncu dəfə Galaxy S seriyasının smartfonlarını yanvar ayında yalnız 2021-ci ildə təqdim etmişdi. Həmin vaxtda şirkət Galaxy S21 smartfonlarını təqdim etmişdi.
Linki kopyala
Həftənin xəbərləri

