
Samsung Galaxy S24 smartfon seriyası peyk rabitəsi dəstəyini əldə edə bilər
Ortaya çıxan son məlumatlar Galaxy S23 smartfon seriyasından fərqli olaraq Galaxy S24 smartfon seriyasında ciddi dəyişikliklərin olacağına ümid verirlər. Galaxy S24 smartfon seriyasında gözlənilən əsas yeniliklərdən biri də peyk rabitəsinin dəstəyidir. Cənubi Koreyanın Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Naziri Lee-Jong ho bildirib ki, yerli smartfon sənayesi gələn il üçün 5G dəstəkli smartfonlarda peyk rabitəsi texnologiyasını kommersiya məqsədli hala gətirməyə hazırlaşır.
Samsung şirkətinin Cənubi Koreyada ən böyük smartfon istehsalçısı olduğunu nəzərə alsaq, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasının peyk rabitəsi texnologiyasını əldə edəcəyini güman etmək olar. Qeyd etmək lazımdır ki, şirkət öz smartfonlarında peyk rabitəsi texnologiyasını reallaşdıracağını daha öncə bildirmişdi. Lakin şirkət bunu hələ də reallaşdırmayıb.
Paylaş
Bənzər xəbərlər