Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfon seriyası üzərində işlərə artıq start verib

    Cihazlar+
    23.06.2023
    Emil
        Hollandiyanın Galaxyclub adlı saytı məşhur Sammobile saytı ilə birlikdə Samsung şirkətinin gələn il təqdim edəcəyi Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlarda Galaxy S24 smartfon seriyasına daxil olacaq bütün modellərin kod adları əks olunub. Beləliklə verilmiş məlumata əsasən Galaxy S24 seriyası ümumilikdə Muse kod adına sahibdir. Bir qayda olaraq adi Galaxy S24 modeli Muse1, Galaxy S24+ modeli Muse2, Galaxy S24 Ultra modeli isə Muse3 kod adına sahibdir. Smartfonların kod adlarının mövcud olmaları şirkətin Galaxy S24 smartfon seriyası üzərində işlərə artıq start verdiyinə işarə edir.
    Paylaş
    Bənzər xəbərlər