
Samsung Galaxy S24 smartfon seriyasının dəqiq təqdimat tarixi açıqlanıb
Mobil Cihazlar
20.11.2023
Emil Noisy
Son zamanlarda ortaya çıxan məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək. İndi isə The Elec saytı sözügedən smartfon seriyasının dəqiq təqdimat tarixini açıqlayıb. Verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını 17 yanvar tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim edəcək. Məlumatda qeyd edilib ki, bu dəfə təqdimat tədbiri Kaliforniya ştatının San-Xose şəhərində baş tutacaq. The Elec həmçinin qeyd edib ki, smartfonların ön sifarişlərinə 18 yanvar tarixində start veriləcək. İlk alıcılar isə smartfonları 26 yanvardan 30 yanvara kimi əldə edəcəklər. Qeyd etmək lazımdır ki, sözügedən seriyaya 3 modelin daxil olacağı gözlənilir. Galaxy S24, S24+ və S24 Ultra.
Linki kopyala
Həftənin xəbərləri

