
Samsung Galaxy S24 smartfon seriyasının istehsalına start verilib
Cihazlar+
30.10.2023
Emil
Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasının istehsalına artıq start verib. İnsayder hətta Galaxy S24 smartfon seriyasının təqdimat müddətini də açıqlayıb. Məlumata əsasən sözügedən smartfon seriyası yanvar ayında təqdim olunacaq. Təqdimat tədbiri ya yanvarın ortasında ya da sonunda baş tutacaq. Adətən Samsung yeni Galaxy S smartfonlarını hər ilin ya fevral ya da mart ayında təqdim edirdi.
Lakin görünür, şirkət bu dəfə yeni ilin ilk flaqman smartfon seriyasını təqdim etməyə hədəflənib. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Galaxy S24 smartfon seriyasında şirkət Exynos prosessoruna geri qayıdacaq. Lakin Exynos prosessorunu seriyanın yalnız iki smartfonu əldə edəcək Söhbət, Galaxy S24 və S24+ modellərindən gedir. Sözügedən modellər Exynos 2400 prosessoru, Galaxy S24 Ultra modeli isə Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunmalıdırlar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
