
Samsung Galaxy S24 smartfonları 7 il ərzində dəstəklənəcəklər
Cihazlar+
18.01.2024
Emil
Samsung şirkəti Galaxy S24 smartfonlarını təqdim edən zaman onlar barəsində vacib bir məlumatı da bölüşüb. Şirkətin bölüşmüş olduğu məlumat sözügedən smartfonların dəstək müddətləri ilə bağlıdır. Belə ki, Samsung rəsmi şəkildə elan edib ki, Galaxy S24 smartfonları 7 illik dəstək müddətinə sahib olacaqlar. Söhbət, həm Android həm də təhlükəsizlik yenilənmələri dəstəyindən gedir. Galaxy S24 smartfonları qutudan Android 14 vasitəsilə çalışacaqlar. 7 illik dəstək müddəti çərçivəsində isə smartfonlar hətta Android 21-ə qədər yenilənəcəklər. Qeyd etmək lazımdır ki, şirkət daha öncə öz flaqman smartfonları üçün 4 illik Android dəstəyini və 5 illik təhlükəsizlik yenilənmələri dəstəyini təmin edirdi.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
