main-post-cover

    Samsung Galaxy S24 smartfonları 7 illik dəstək müddətinə sahib ola bilərlər

    Cihazlar+
    15.01.2024
    Emil Nəcəfov
          17 yanvar tarixində Samsung şirkəti Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Təqdimata sayılı günlər qaldığı üçün internetdə sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Ortaya çıxmış yeni məlumat isə Galaxy S24 smartfonlarının nə qədər müddət ərzində dəstəklənəcəklərini əhatə edir.
         Görünür, Samsung şirkəti bu mövzuda Google şirkətinin yolu ilə gedərək Pixel 8 smartfon seriyasının dəstək müddətini öz smartfonlarında reallaşdıracaq. Belə ki, ortaya çıxmış məlumata əsasən Galaxy S24 smartfonları Google Pixel 8 smartfonları kimi 7 illik dəstək müddətinə sahib olacaqlar. Bu isə o deməkdir ki, Galaxy S24 smartfonları 7 il ərzində Android yenilənməsini əldə edəcəklər. Çox güman ki, smartfonlar həmçinin 7 il ərzində təhlükəsizlik yenilənmələri dəstəyini də əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung öz smartfonları üçün MagSafe analoqunu hazırlamış ola bilər
    samsung-oz-smartfonlari-ucun-magsafe-analoqunu-hazirlamis-ola-biler
    Samsung Galaxy S24+ smartfonunun texniki göstəriciləri açıqlanıb
    samsung-galaxy-s24-smartfonunun-texniki-gostericileri-aciqlanib
    Samsung Galaxy A55-in arxa kamera göstəriciləri açıqlanıb
    samsung-galaxy-a55-in-arxa-kamera-gostericileri-aciqlanib
    Samsung Galaxy S24 Ultra-nın real videosu təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-real-videosu-teqdim-edilib
    Samsung Galaxy Tab Active 5 planşeti təqdim edilib
    samsung-galaxy-tab-active-5-planseti-teqdim-edilib