Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonları Avropada Exynos prosessoru ilə satıla bilərlər

    Cihazlar+
    30.08.2023
    Emil
        Son zamanlarda ortaya çıxmış məlumatlar əsasında artıq dəqiqliklə demək olar ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 smartfon seriyasına Exynos prosessorunu geri qaytaracaq. Söhbət, Exynos 2400 prosessorundan gedir. Lakin bu prosessora sahib Galaxy S24 smartfonlarının hansı regionlarda satılacağı tam aydın deyil. İndi isə insayderlər bu məsələyə aydınlıq gətiriblər. Onların sözlərinə əsasən Exynos 2400 prosessorunu Galaxy S24 smartfonlarının Avropa bazarında satılacaq versiyaları əldə edəcəklər. Exynos 2400 prosessorlu Galaxy S24 smartfonlarının yalnız Avropa bazarında satılacağı bilinmir. Heç istisna deyil ki, Samsung digər regionlarda da bu prosessora sahib Galaxy S24 modellərini satışa çıxartsın.
    Paylaş
    Bənzər xəbərlər