
Samsung Galaxy S24 smartfonları Baidu-nun süni zəka əsaslı çat-botunu əldə edəcəklər
Çinin texnoloji nəhənglərindən biri olan Baidu şirkəti Samsung ilə partnyorluq müqaviləsi bağlayıb. Tərəflər arasındakı bu əməkdaşlıq çərçivəsində Baidu şirkəti özünün Ernie adlı süni zəka əsaslı çat-botunu Galaxy S24 smartfonlarına inteqrasiya edəcək. Nəticədə Galaxy S24 istifadəçiləri Ernie-dən istifadə edərək real zaman ərzində telefon danışıqlarını tərcümə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Ernie istifadəçilərin suallarına cavab verən zaman insan tərz nitqi və mətni tərtib edə bilir. Baidu-nun fikrincə öz funksionallığına görə o, OpenAI şirkətinin GPT-4 sistemindən heç geridə qalmır. Samsung öz növbəsində Ernie-ni öz rəqəmsal köməkçisinin funksionallığının genişləndirilməsi üçün Galaxy S24 smartfonlarına inteqrasiya edəcək.
samsung galaxy s24
samsung galaxy s24 plus
samsung galaxy s24 ultra
galaxy s24
galaxy s24 plus
galaxy s24 ultra
samsung
baidu
baidu ernie
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...