
Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatlar verilib
İnsayderlər gələn ilin əvvəlində təqdim olunacağı gözlənilən Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdim ediblər. Təqdim edilmiş məlumatlar smartfonların RAM və daxili yaddaşlarını əhatə edirlər. İnsayderlər bildiriblər ki, Galaxy S24 seriyasına daxil olacaq Galaxy S24 və S24+ modellərinin standart versiyaları daha böyük RAM yaddaşına sahib olacaqlar.
Qeyd etmək lazımdır ki, Galaxy S23 ilə S23+ 8 GB RAM, S23 Ultra isə 8/12 GB RAM ilə təchiz olunur. Verilmiş yeni məlumata əsasən isə Galaxy S24 və S24+ modellərinin standart versiyaları 12 GB RAM ilə təchiz olunacaqlar. Galaxy S24 Ultra-ya gəldikdə isə o, şirkətin 16 GB RAM-a sahib ilk smartfonu olacaq. Daxili yaddaş həcmləri mövzusunda adi Galaxy S24 ilə S24+ minimum 256 GB daxili yaddaşa sahib olacaqlar. Galaxy S24 Ultra isə 256/512 GB və 1 TB daxili yaddaş versiyalarında təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər