Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonları Exynos 2400 prosessorunu əldə edə bilərlər

    Cihazlar+
    13.07.2023
    Emil
        Bu ilin əvvəlində təqdim edilmiş Galaxy S23 smartfon seriyası Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışır. Gələn ilin əvvəlində isə Galaxy S24 smartfon seriyasının təqdimatı gözlənilir. Verilmiş yeni məlumata əsasən Galaxy S24 smartfon seriyası Snapdragon 8 Gen 3 əvəzinə Exynos 2400 flaqman prosessoru ilə təchiz oluna bilər. Uzun illər ərzində Samsung-un flaqman smartfonları satışa çıxdıqları regionlardan asılı olaraq ya Snapdragon ya da Exynos prosessoru ilə təchiz olunurdular.
        Lakin bu ilin əvvəlində təqdim edilmiş Galaxy S23 smartfonları bütün regionlarda Snapdragon 8 Gen 2-nin sürətləndirilmiş versiyasına sahib oldular. Yeni məlumatda qeyd olunub ki, Exynos prosessoru Galaxy S seriyasına artıq 2024-cü ildə geri dönə bilər. Söhbət, Exynos 2400 flaqman prosessorundan gedir. Bəzi məlumatlara əsasən sözügedən prosessor 8 nüvə əvəzinə 10 nüvə ilə təchiz olunacaq. Hətta bunun olacağı halda da Galaxy S24 smartfonları dünyanın ilk 10 nüvəli prosessoruna sahib smartfonları hesab edilməyəcəklər. Bu status 2017-ci ildə təqdim edilmiş Meizu Pro 7-yə məxsusdur.
    Paylaş
    Bənzər xəbərlər