Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonlarında Exynos prosessorunun istifadə ehtimalı sıfıra bərabərdir

    Cihazlar+
    04.04.2023
    Emil
        Dünən məlumat ortaya çıxmışdı ki, Samsung-un gələn il təqdim edəcəyi Galaxy S24 smartfon seriyasına daxil olacaq modellərin Exynos prosessorlu versiyaları olacaq. Söhbət, Samsung tərəfindən hazırlanan Exynos 2400 prosessorundan gedir. Lakin Ice Universe ləqəbli məşhur insayderin fikrincə bunun olma ehtimalı sıfıra bərabərdir.
        “Mən düşünürəm ki, Exynos 2400 prosessorunun Galaxy S24 smartfon seriyasında istifadə edilmə ehtimalı sıfıra bərabərdir. Bəziləri hesab edirlər ki, Exynos prosessorlarının əsas problemləri onların 4 nanometrlik texnoloji proses əsasında hazırlanmasındadır. Əslində isə Exynos-un konstruksiyasında çoxlu sayda problem var” - deyə insayder bildirib.
        Onu da nəzərə almaq lazımdır ki, Exynos 2400 daha əvvəlki Exynos modellərinə bənzəməyəcək və şirkət yeni prosessorda mövcud problemləri mütləq şəkildə aradan qaldıracaq. Lakin bunun Galaxy S24 smartfon seriyasının təqdimatına kimi baş verməsi çətin məsələdir.
    Paylaş
    Bənzər xəbərlər