
Samsung Galaxy S24 smartfonlarında qiymət artımı olacaqmı?
Az əvvəl biz xəbər verdik ki, Samsung Galaxy S24 smartfonları peyk rabitəsi dəstəyini əldə edəcəklər. Smartfonlarda digər yeniliklərin olacaqları da gözlənilir. Lakin bütün bunlar smartfonların satış qiymətlərinə necə təsir göstərəcəklər. Sammobile saytının vermiş olduğu məlumata əsasən Galaxy S24 smartfonları hal hazırda aktual olan Galaxy S23 smartfonlarının satış qiymətlərini özlərində qoruyub saxlaya bilərlər. Əgər bu, həqiqətən də belə olsa, deməli Galaxy S24-ün qiyməti 800$-dan, Galaxy S24+ modelinin qiyməti 1000$-dan, Galaxy S24 Ultra-nın qiyməti isə 1200$-dan start götürəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
samsung galaxy s24
samsung galaxy s24 plus
samsung galaxy s24 ultra
galaxy s24
galaxy s24 plus
galaxy s24 ultra
samsung
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...