
Samsung Galaxy S24 smartfonlarının Avropa qiymətləri təqdim edilib
Cihazlar+
28.12.2023
Emil
Samsung Galaxy S24 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə insayderlər Galaxy S24 smartfonlarının Avropa bazarında hansı qiymətə satılacaqlarını açıqlayıblar. Onların sözlərinə əsasən bütün Galaxy S24 smartfonları iki daxili yaddaş versiyasında satışa çıxacaqlar. Beləliklə Galaxy S24 smartfonlarının Avropadakı qiymətləri aşağıdakı kimi olacaq.
- 128 GB yaddaşa sahib Galaxy S24 - 899 avro
- 256 GB yaddaşa sahib Galaxy S24 - 959 avro
- 256 GB yaddaşa sahib Galaxy S24 + - 1149 avro
- 512 GB yaddaşa sahib Galaxy S24+ - 1269 avro
- 256 GB yaddaşa sahib Galaxy S24 Ultra - 1449 avro
- 512 GB yaddaşa sahib Galaxy S24 Ultra - 1569 avro.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
