Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonlarının batareyaları sərgilənib

    Cihazlar+
    22.08.2023
    Emil
        Samsung Galaxy S24, S24+S24 Ultra smartfonlarının batareyaları Safety Korea adlı sertifikatlaşdırma agentliyinin təhlükəsizlik sertifikatını əldə ediblər. Sertifikatlaşdırma agentliyi həmçinin batareyaların fotolarını da təqdim edib. Beləliklə fotolarda əks olunmuş batareyalar EB-BS922ABY (Galaxy S24), EB-BS926ABY (Galaxy S24+) və EB-BS928ABY (Galaxy S24 Ultra) indekslərini əldə ediblər.
        Onlar Çinin ATL adlı şirkəti tərəfindən istehsal olunublar. Fotolar aşağı keyfiyyətə sahib olduqları səbəbilə batareyaların üzərlərindəki məlumatları oxumaq qəlizdir. Lakin sertifikatlaşdırma agentliyinin məlumatlarına əsasən Galaxy S24 seriyasının smartfonları 4900-5000 mAh enerji tutumlu batareyalar ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər