main-post-cover

    Samsung Galaxy S24 smartfonlarının əsas texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    22.09.2023
    Emil Nəcəfov
        Galaxy S24 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağına baxmayaraq bu seriyanın modelləri barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər Galaxy S24 smartfonlarının əsas texniki göstəricilərini təqdim ediblər. İnsayderlər həmçinin qeyd ediblər ki, Galaxy S24 və S24+ modelləri satışa çıxacaqları regiondan asılı olaraq Snapdragon 8 Gen 3 və ya Exynos 2400 prosessoru ilə təchiz olunacaqlar. Galaxy S24 Ultra isə bütün regionlarda Snapdragon 8 Gen 3-ə sahib olacaq. Beləliklə insayderlərin Galaxy S24 smartfonlarının təqdim etmiş olduqları əsas texniki göstəriciləri aşağıdakılardır.
    - Galaxy S24: Full HD+ keyfiyyətli ekran, 50 MP + 12 MP + 12 MP üçlü arxa kamera, 25 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya
    - Galaxy S24+: Quad HD+ keyfiyyətli ekran, 50 MP + 12 MP + 12 MP üçlü arxa kamera, 45 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya
    - Galaxy S24 Ultra: Quad HD+ keyfiyyətli yastı ekran, titan materialdan hazırlanmış gövdə ətrafı çərçivə, 200 MP + 50 MP + 12 MP + 10 MP dördlü arxa kamera, 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya.
    Linki kopyala