
Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
Cihazlar+
24.04.2024
Farid
Dünən Beynəlxalq Yer kürəsi günü qeyd olundu. Bu münasibətlə Samsung şirkəti öz fəaliyyətində karbon izini necə azaltdığı barəsində məlumat verib. Şirkətin vermiş olduğu məlumata əsasən yanvar ayında təqdim olunmuş Galaxy S24 smartfon seriyası vasitəsilə o, bu seriyanın smartfonlarının həm daxili həm də xarici hissələrində təkrar emal edilmiş alüminium, şüşə və plastikdən istifadə edə bilib.
Samsung bildirib ki, bu ilin sonuna kimi Galaxy S24 smartfon seriyası təkrar emal edilmiş 110 ton alüminiumdan istifadə edəcək. Bununla yanaşı şirkət 2025-ci ilə kimi təkrar emal edilmiş 100 ton plastikdən istifadə etməyi planlaşdırır. Bu isə 10 milyon ədəd plastik butulkaya bərabərdir. Ekologiya sahəsində bütün bu səylər Samsung-un dayanmayan istehsalat prosesinin bir hissəsidir. Məsələn 2022-ci ildə şirkət Galaxy S22 smartfon seriyası üçün nəzərdə tutulmuş komponentlərin hazırlanmasında təkrar emal edilmiş balıq torlarından istifadə etmişdi.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
