Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonlarının keyfiyyətli reklam fotoları və texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    04.12.2023
    Emil
         İnternetdə Samsung Galaxy S24 smartfonlarının keyfiyyətli reklam fotoları və texniki göstəriciləri ortaya çıxıb. Ortaya çıxmış reklam fotoları heç bir təəccüb oyatmırlar. Belə ki, Galaxy S24 smartfonları xarici görünüşcə Galaxy S23 smartfonlarına bənzəyirlər. Texniki göstəricilərə gəldikdə isə Galaxy S24 modeli Full HD+ keyfiyyətli 6.2 düym ekran, Exynos 2400 prosessoru, 8 GB RAM və minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Galaxy S24+ modeli isə 6.7 düym ekran, Snapdragon 8 Gen 3 prosessoru, 50 MP-lik əsas arxa kamera və 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
         Maraqlısı ondadır ki, Galaxy S24+ modelinin Exynos 2400 prosessoru vasitəsilə çalışacağı barəsində heç bir məlumat qeyd edilməyib. Halbu ki, daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, bütün regionlarda Snapdragon 8 Gen 3 prosessorunu yalnız Galaxy S24 Ultra modeli əldə edəcək. Galaxy S24 Ultra modelinin texniki imkanlarına gəldikdə məlumatda qeyd edilib ki, sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.8 düym ekran, Snapdragon 8 Gen 3 prosessoru 12 GB RAM, 1 TB-a kimi daxili yaddaş həcmi, 200 MP + 50 MP + 12 MP + 10 MP dördlü arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
    Paylaş