
Samsung Galaxy S24 smartfonlarının peyk rabitəsi funksiyasını əldə etməmələri ehtimalı var
Cihazlar+
30.12.2023
Emil
Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Galaxy S24 smartfonları peyk rabitəsi funksiyasını əldə edəcəklər. Lakin sözügedən smartfonlar əslində peyk rabitəsi funksiyasını əldə etməyə bilərlər. Məsələ burasındadır ki, Samsung Galaxy S24 smartfonlarının test versiyalarını Cənubi Koreyanın 3 mobil operatoruna göndərib və məlumata əsasən göndərilmiş test versiyalarda peyk rabitəsi funksiyası mövcud olmayıb. Bu, Galaxy S24 smartfonlarında nəticə etibarilə peyk rabitəsinin dəqiq şəkildə olmayacağı demək deyil. Heç istisna deyil ki, şirkət smartfonların test versiyalarında peyk rabitəsi funksiyasını sadəcə olaraq deaktiv edib. Lakin smartfonların bu funksiyasız da satışa çıxacaqları istisna deyil. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
