Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonlarının RAM yaddaşları məlum olub

    Cihazlar+
    30.11.2023
    Emil
         Samsung Galaxy S24 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Ice Universe ləqəbli məşhur insayder bu dəfə sözügedən smartfon seiryasına daxil olacaq modellərin RAM yaddaşlarını açıqlayıb. Onun sözlərinə əsasən adi Galaxy S24 modeli yalnız 8 GB RAM ilə təchiz olunacaq. Galaxy S24+Galaxy S24 Ultra modellərinə gəldikdə isə onlar 8/12 GB RAM yaddaşı versiyalarında təqdim olunacaqlar. Yəni Samsung şirkəti Galaxy S24 Ultra-nın 16 GB RAM-a sahib versiyasını təqdim etməyəcək. Qeyd etmək lazımdır ki, Çin brendlərinin smartfonları artıq uzun müddətdir ki, 16 GB RAM ilə təchiz olunurlar və son zamanlarda hətta 24 GB RAM yaddaşına keçid edirlər. Samsung Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir.
    Paylaş