main-post-cover

    Samsung Galaxy S24 smartfonlarının sahib olacaqları süni zəka funksiyalarından biri məlum olub

    Cihazlar+
    30.12.2023
    Emil Nəcəfov
         Samsung şirkətinin gələn ay Galaxy S24 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Son məlumat sızıntılarına əsasən Galaxy S24 smartfonları özlərində süni zəka funksiyalarını birləşdirəcəklər. İndi isə insayderlər həmin süni zəka funksiyalarından biri barəsində məlumat veriblər. Onların sözlərinə əsasən Galaxy S24 smartfonları süni zəka vasitəsilə fotoların redaktə edilməsi funksiyasını əldə edəcəklər. Məlumatda qeyd edilib ki, sözügedən funksiya Google Pixel 8 smartfonlarında olan oxşar funksiyaya bənzəyəcək.
         Galaxy S24 smartfonlarında bu funksiyanın Generative Edit adını əldə edəcəyi gözlənilir. Bu funksiyanın fotolardakı lazım olmayan obyektləri silmə və boş hissələri isə süni zəka vasitəsilə doldurma imkanına sahib olacağı gözlənilir. İnsayderlər bildiriblər ki, funksiyadan istifadə etmək üçün istifadəçi Samsung hesabına və internetə qoşulma imkanına sahib olmalı olacaq. Sözügedən funksiyanın təkcə fotolarda deyil, videolarda da istifadə edilə biləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonlarının peyk rabitəsi funksiyasını əldə etməmələri ehtimalı var
    samsung-galaxy-s24-smartfonlarinin-peyk-rabitesi-funksiyasini-elde-etmemeleri-ehtimali-var
    Samsung süni zəka texnologiyasına sahib yeni kamera sensoru üzərində çalışır
    samsung-suni-zeka-texnologiyasina-sahib-yeni-kamera-sensoru-uzerinde-calisir
    Samsung Galaxy Tab Active 5 planşetinin fotosu ortaya çıxıb
    samsung-galaxy-tab-active-5-plansetinin-fotosu-ortaya-cixib
    Samsung Galaxy S24 versiyalarından biri daha ləng çalışacaq
    samsung-galaxy-s24-versiyalarindan-biri-daha-leng-calisacaq
    Samsung Galaxy S24 smartfonlarının Avropa qiymətləri təqdim edilib
    samsung-galaxy-s24-smartfonlarinin-avropa-qiymetleri-teqdim-edilib