
Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
Cihazlar+
30.11.2023
Emil
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək. Bəzi insayderlərin sözlərinə əsasən Galaxy S24 smartfonları məhz 17 yanvar tarixində təqdim olunacaqlar. Görünür, bu məlumat həqiqəti əks etdirir. Məsələ burasındadır ki, Samsung Galaxy S24 smartfonlarının ABŞ-da sertifikatlaşdırma prosesinə artıq start verib. Belə ki, sözügedən smartfonlar ABŞ Federal Rabitə Komissiyasının (FCC) saytındakı sənədlərdə ortaya çıxıblar.
Sənədlərdə Galaxy S24 modeli SM-S921U və SM-S921U1 kataloq nömrələrinə, Galaxy S24+ modeli SM-S926U və SM-S926U1 kataloq nömrələrinə, Galaxy S24 Ultra modeli isə SM-S928U и SM-S928U1 kataloq nömrələrinə sahibdir. FCC-nın saytındakı məlumatlara əsasən Galaxy S24 və Galaxy S24+ modelləri Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarının dəstəyinə, Galaxy S24 Ultra modeli isə Wi-Fi 7 və Bluetooth 5.3 texnologiyalarının dəstəyinə sahib olacaqlar.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
