
Samsung Galaxy S24+ smartfonunun texniki göstəriciləri açıqlanıb
İnsayderlərdən biri Samsung Galaxy S24+ smartfonunun texniki göstəricilərini təqdim edib. Beləliklə təqdim edilmiş məlumatlara əsasən Galaxy S24+ smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym Dynamic AMOLED 2X ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Smartfon satılacağı regiondan asılı olaraq ya Snapdragon 8 Gen 3 for Galaxy prosessoru ya da Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Galaxy S24+ özündə 12 GB RAM-ı, 256/512 GB daxili yaddaş həcmini, 50 MP + 12 MP + 10 MP üçlü arxa kameranı və 4900 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyası 17 yanvar tarixində təqdim olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...