main-post-cover

    Samsung Galaxy S24+ smartfonunun yeni render fotosu və bəzi texniki özəllikləri təqdim edilib

    Cihazlar+
    14.11.2023
    Emil Nəcəfov
         OneLeak ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə Galaxy S24 Ultra-nın render fotolarından sonra Galaxy S24+ modelinin render fotosunu təqdim edib. Təqdim edilmiş render fotodan da görmək olar ki, Galaxy S24 Ultra-da olduğu kimi Galaxy S24+ modelində də xarici görünüş baxımından heç bir dəyişiklik olmayacaq. O, Galaxy S23+ modelinə bənzəyəcək. Bununla belə görmək olar ki, Galaxy S24+ maksimal dərəcədə nazik ekran ətrafı çərçivəni əldə edəcək.
         İnsayderlər bildiriblər ki, Galaxy S24+ smartfonu Quad HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək. Bununla belə smartfonun gövdə qalınlığı 7.7 mm olacaq. Satışa çıxacağı regiondan asılı olaraq smartfon ya Snapdragon 8 Gen 3 prosessorunu ya da Exynos 2400 prosessorunu əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A25 5G-nin texniki göstəriciləri və satış qiyməti təqdim edilib
    samsung-galaxy-a25-5g-nin-texniki-gostericileri-ve-satis-qiymeti-teqdim-edilib
    Məşhur insyader Galaxy S24 Ultra-nın növbəti render fotolarını təqdim edib
    meshur-insyader-galaxy-s24-ultra-nin-novbeti-render-fotolarini-teqdim-edib
    Samsung Galaxy Fit 3 smart qolbağının render fotoları ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-render-fotolari-ortaya-cixib
    Samsung birinci nəsil Galaxy Fold-un dəstəyini dayandırıb
    samsung-birinci-ne
    Samsung-un büdcəli qatlana bilən smartfonunun mümkün satış qiyməti açıqlanıb
    samsung-un-budceli-qatlana-bilen-smartfonunun-mumkun-satis-qiymeti-aciqlanib