Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra bütün regionlarda Snapdragon 8 Gen 3 prosessoru ilə satılacaq

    Cihazlar+
    31.08.2023
    Emil
        Samsung şirkətinin Galaxy S24 smartfon seiryasını gələn ilin əvvəlində təqdim edəcəyinə baxmayaraq onun barəsində məlumatlar son zamanlarda mütəmadi olaraq ortaya çıxır. Ortaya çıxan məlumatlar əsasən Galaxy S24 Ultra modelini əhatə edirlər. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Galaxy S24 Ultra modeli bütün regionlarda Snapdragon 8 Gen 3 for Galaxy prosessoru ilə təchiz olunacaq.
        Exynos 2400 prosessoruna gəldikdə isə onu Avropa bazarında yalnız Galaxy S24 ilə Galaxy S24+ modelləri əldə edəcəklər. Son məlumat sızıntılarına əsasən Galaxy S24 Ultra smartfonu Quad HD+ keyfiyyətli 6.78 düym yastı OLED ekran ilə təchiz olunacaq və onun maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edəcək. Bundan əlavə olaraq smartfonun özündə yenilənmiş 50 MP-lik zoom kameranı da birləşdirəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər