
Samsung Galaxy S24 Ultra-da 10 qat zoom-a sahib kamera olmaya bilər
Cihazlar+
15.12.2023
Emil
Ice Universe ləqəbli məşhur insayder Galaxy S24+ və S24 Ultra smartfonları barəsində yeni məlumatlar verib. Beləliklə insayder bildirib ki, Galaxy S24+ smartfonu Galaxy S+ seriyasının 2K keyfiyyətli ekrana sahib ilk smartfonu olacaq. Bununla yanaşı ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23+ modeli Full HD+ keyfiyyətli ekrana sahibdir. Galaxy S24 Ultra-ya gəldikdə isə insayder bildirib ki, onda Galaxy S23 Ultra-dakı kimi 10 qat optik zoom-a sahib kamera olmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
