main-post-cover

    Samsung Galaxy S24 Ultra-da olacağı gözlənilən yeni kamera funksiyasını sərgiləyib (VİDEO)

    Cihazlar+
    27.10.2023
    Emil Nəcəfov
         Samsung şirkəti ISOCELL Zoom Anyplace adlı reklam videosunu təqdim edib. Şirkət sözügedən reklam videosunda 200 MP-lik ISOCELL kamerasının Snapdragon 8 Gen 3 prosessoru ilə birgə necə çalışdığını sərgiləyib. Reklam videosunun özü faktiki olaraq kameraya deyil, ISOCELL Zoom Anyplace adlı funksiyaya istiqamətlənib. Bu funksiya kadrdakı lazımi obyektlərin miqyaslarını böyüdür və onları izləyir. Lakin bununla belə miqyası kiçilmiş obyektlərin eyni zamanda çəkilişləri davam edir.
         Hal hazırda bazardakı heç bir smartfonda bu cür funksiya mövcud deyil. Buna görə də şirkətin bu funksiyanı sərgiləməsinin iki səbəbi ola bilər. Sözügedən funksiya Galaxy S24 Ultra smartfonunda olacaq və ya şirkət öz kamerasına yeni müştəriləri cəlb etməyə çalışır. Lakin digər tərəfdən nəzərə alsaq, ki, Galaxy S24 Ultra smartfonu 200 MP-lik əsas arxa kameranı və Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək, əminliklər söyləmək olar ki, sözügedən funksiya mütləq şəkildə bu smartfonda istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung smart saatları üçün nəzərdə tutulmuş yeni flaqman prosessor üzərində çalışır
    samsung-smart-saatlari-ucun-nezerde-tutulmus-yeni-flaqman-prosessor-uzerinde-calisir
    Samsung Galaxy A15-in 5G versiyası barəsində yeni məlumatlar verilib
    samsung-galaxy-a15-in-5g-versiyasi-baresinde-yeni-melumatlar-verilib
    Büdcəli Samsung Galaxy A15 smartfonu iki versiyada satılacaq
    budceli-samsung-galaxy-a15-smartfonu-iki-versiyada-satilacaq
    Samsung Galaxy Z Fold 6-da əsas arxa kamera dəyişilməz olaraq qalacaq
    samsung-galaxy-z-fold-6-da-e
    Samsung Galaxy S24 Ultra-nın CAD render fotosu təqdim edilib
    samsung-galaxy-s24-ultra-nin-cad-render-fotosu-teqdim-edilib