Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-da olacaq Snapdragon 8 Gen 3 prosessoru tamamilə fərqli olacaq

    Cihazlar+
    04.10.2023
    Emil
        Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Samsung yeni Galaxy S seriyasında Exynos prosessorunu geri qaytaracaq. Lakin bununla belə smartfonlardan birində Snapdragon 8 Gen 3 prosessoru istifadə ediləcək. İnsayderlərin sözlərinə əsasən adi Galaxy S24S24+ modelləri Exynos prosessoru vasitəsilə çalışacaqlar. Galaxy S24 Ultra modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
        İnsayderlər bildiriblər ki, Galaxy S24 Ultra-da istifadə ediləcək Snapdragon 8 Gen 3 prosessoru tamamilə fərqli olacaq. O, Exynos prosessorundan çox fərqlənəcək. Məhz bu səbəbdən onu yalnız Galaxy S24 Ultra modeli əldə edəcək. Məlumatda qeyd edilib ki, Galaxy S24 Ultra üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 3 prosessoru TSMC şirkətinin N3E adlı 3 nanometrlik texnoloji prosesi əsasında, adi Snapdragon 8 Gen 3 prosessoru isə TSMC-nın N4E adlı 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessoru bu ayın sonunda təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər