Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra dözümlülük testlərindən keçib (VİDEO)

    Cihazlar+
    24.01.2024
    Emil
         Samsung şirkəti keçən həftə Galaxy S24 smartfon seriyasını təqdim etdi. Bu seriyaya daxil olan modellər arasında yalnız Galaxy S24 Ultra titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edib. Bununla yanaşı Galaxy S24 Ultra-nın ön paneli Gorilla Glass Armor adlı yeni nəsil qoruyucu şüşə ilə əhatə olunub. Corning şirkətinin sözlərinə əsasən daha öncəki Gorilla Glass növləri ilə müqayisədə Gorilla Glass Armor 4 dəfə daha dözümlüdür. PBKreviews adlı Youtube kanalının müəllifləri bu bəyananatı yoxlamaq qərarına gəliblər. Nəticədə Galaxy S24 Ultra dözümlülük testlərindən keçib.
           Beləliklə ilk növbədə smartfonun kəmər hissədən yerə düşüşü reallaşdırılıb. Bununla belə düşüş prosesi bir neçə dəfə təkrarlanıb. Təkrarlanmış proses çərçivəsində smartfon kənar hissə, ön hissə və arxa hissə üzərinə düşürülüb. Galaxy S24 Ultra bu düşüş testlərindən olduqca yaxşı keçib. Belə ki, smartfonun gövdəsində, ekranında və kənar hissəsində sadəcə olaraq cüzi cızıqlar əmələ gəlib. Lakin smartfon ciddi bir zədələnmə əldə etməyib.
         Daha sonra smartfonun titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəsini yoxlamaq üçün dreli xatırladan xüsusi başlıqlı cihazdan istifadə edilib. Nəticədə bu test çərçivəsində titan çərçivə zədələnsə də zədələnmə səviyyəsi kritik olmayıb. Sonda smartfon ekranının üzərinə toz səpələnib. Ekranı əhatə edən Gorilla Glass Armor qoruyucu şüşəsi tozun öhdəsindən yaxşı gəlib. Qoruyucu şüşə üzərində mikro ölçülü cızıqlar olsa da, bu, ekranın funksionallığına heç bir təsir göstərməyib.
    Paylaş