
Samsung Galaxy S24 Ultra-nın arxa kamera sayı daha az ola bilər
Samsung Galaxy S24 smartfon seriyasının təqdimatının gələn ilin əvvəlində baş tutcağına baxmayaraq onun barəsində məlumatlar artıq indidən ortaya çıxmağa başlayıb. Bu dəfə insayderlər Galaxy S24 Ultra smartfonu barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy S24 Ultra-nın kameralarında ciddi dəyişikliklər edəcək. Ice Universe ləqəbli məşhur insayder hələ keçən ilin dekabr ayında bildirmişdi ki, şirkət Galaxy S24 Ultra-da teleobyektivlərdən imtina edəcək. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər və bildiriblər ki, Galaxy S24 Ultra-da dördlü yox, üçlü arxa kamera mövcud olacaq. Belə ki, şirkət smartfonda iki teleobyektivi vahid kameraya çevirəcək. Bu cür kamera 3 qat və 10 qat zoom rejimləri arasında keçid etmək imkanını verəcək.
Paylaş
Bənzər xəbərlər