Samsung Galaxy S24 Ultra-nın CAD render fotosu təqdim edilib
Cihazlar+
23.10.2023
Emil Nəcəfov
Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 Ultra smartfonunun CAD render fotosunu təqdim edib. Təqdim edilmiş CAD render fotodan da görmək olar ki, smartfonun aşağı hissəsində səsgücləndiricilər üçün nəzərdə tutulmuş sahə ənənəvi giriş şəklində reallaşdırılmayacaq. Ənənəvi giriş əvəzinə uzun çıxıntı şəklində dizayn reallaşdırılacaq. Bundan əlavə olaraq render foto bir daha onu təsdiqləyir ki, Galaxy S24 Ultra-nın xarici görünüşündə ciddi bir dəyişiklik olmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının təqdimatı gələn ilin əvvəlinə gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 smartfonları eyni texnologiya əsasında hazırlanmış ekranları əldə edəcəklər
Samsung Galaxy S24 smartfonları eyni texnologiya əsasında hazırlanmış ekranları əldə edəcəklər
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S24 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!