
Samsung Galaxy S24 Ultra-nın dəqiq ekran ölçüsü açıqlanıb
Mobil Cihazlar
20.11.2023
Emil Noisy
Ice Universe ləqəbli məşhur insayder X-də (keçmiş Twitter) Samsung Galaxy S24 Ultra smartfonunun dəqiq ekran ölçüsünü açıqlayıb. İnsayderin mesajı digər insayderin paylaşımına cavab şəklində təqdim olunub. Digər insayder belə bir paylaşım edib. “Çox güman ki, iPhone 16 Pro Max 6.86 düym ekranla təchiz olunacaq. Nəticədə bu smartfon bütün iPhone tarixində ən böyük ekrana sahib iPhone olacaq. Hətta Galaxy S24 Ultra-nın ekranından da böyük”. Ice Universe ləqəbli insayder isə öz növbəsində bu fikirlə razılaşaraq Galaxy S24 Ultra-nın ekran ölçüsünü qeyd edib. Söhbət, 6.7913385827 düym-dən gedir.

Linki kopyala
Həftənin xəbərləri

