main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın dizaynı barəsində yeni təfərrüatlar məlum olub

    Cihazlar+
    27.11.2023
    Emil Nəcəfov
         Keçən həftə Samsung Galaxy S24 Ultra-nın ilk real fotoları ortaya çıxdı. İndi isə Ice Universe ləqəbli məşhur insayder sözügedən smartfonun dizaynı ilə bağlı yeni məlumatları təqdim edib. Belə ki, insayder Galaxy S24 Ultra-nın ekran ətrafı çərçivəsinin ölçüsünü sərgiləyib. Beləliklə təqdim edilmiş fotoya əsasən smartfonun ekran ətrafı çərçivəsinin aşağı hissəsinin qalınlığı kənar hissələrinin qalınlığı ilə eyni olacaq. Yəni çərçivənin bütün hissələri simmetrik olacaqlar. Bundan əlavə olaraq ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılmayacaq. Bu isə o deməkdir ki, ekran ətrafı çərçivənin kənar hissələri bir qədər geniş olacaqlar. Son məlumat sızıntılarına əsasən Galaxy S24 Ultra modeli üstəlik titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni də əldə edəcək. Samsung Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir.

    Sağda Galaxy S24 Ultra, solda Galaxy S22 Ultra:

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A15 5G barəsində məlumatlar Walmart-ın saytında ortaya çıxıb
    samsung-galaxy-a15-5g-baresinde-melumatlar-walmart-in-saytinda-ortaya-cixib
    Samsung Galaxy S24 Ultra-nın real fotoları ortaya çıxıb
    samsung-galaxy-s24-ultra-nin-real-fotolari-ortaya-cixib
    Samsung Galaxy S21 smartfonları üçün OneUI 6.0-ın üçüncü beta versiyası istifadəyə verilib
    samsung-galaxy-s21-smartfonlari-ucun-oneui-60-in-ucuncu-beta-versiyasi-istifadeye-verilib
    Samsung-un yaxın aylar ərzində Android 14-ü əldə edəcək smartfonlarının rəsmi siyahısı təqdim edilib
    samsung-un-yaxin-aylar-erzinde-android-14-u-elde-edecek-smartfonlarinin-resmi-siyahisi-teqdim-edilib
    Samsung Galaxy A34 üçün Androdi 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-a34-ucun-androdi-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib