Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın ekranındakı əksetməyə qarşı olan örtükdə soyulma problemləri yaşanıb!

    Cihazlar+
    18.12.2024
    Farid

         Samsung Galaxy S24 Ultra təqdim olunarkən əksetdirməyən ekranı ilə bir çox istifadəçinin diqqətini cəlb etmişdi. Lakin istifadəçilər telefonun əksetməyə qarşı olan örtüyünün soyulması ilə bağlı şikayətlərini bildirməyə başlayıblar.

         Bir X istifadəçisi olan @xeetechcare, ekranın sağ kənarında soyulma və səthində ləkələr əmələ gəlməsi ilə bağlı şəkillər paylaşıb. Bəzi istifadəçilər telefonlarını açar və ya qəpik kimi əşyalarla təmas etdirmədiklərini, buna görə də bu zədələnmənin normal olmadığını qeyd ediblər. Başqa bir neçə istifadəçi isə örtüyün yumşaq və həssas olması səbəbindən ekrandakı kiçik cızıqların şəkillərini paylaşıb. Bütün bu problemlər, əksetməyə qarşı olan örtüyün davamlılığı ilə bağlı suallar doğurur.
         Samsung hələ bu məsələ ilə bağlı bir açıqlama verməyib. Bu cür zədələnmənin zəmanətə daxil olub-olmadığı istifadəçilər tərəfindən maraqla izlənilir. Daha əvvəllər Samsung Community-də oleofobik örtüyün soyulması ilə bağlı məlumatlar yayılmışdı. Lakin şirkət bunu təbii aşınma və köhnəlmə kimi təqdim edərək zəmanət altına almaqdan imtina etmişdi.
         Buna görə də istifadəçilərə ekranlarına əlavə diqqət göstərilməsi tövsiyə edilir. Ekranın yalnız mikrofiber parça ilə təmizlənməsi və örtüyə daha çox zərər verə biləcək hər hansı bir təmizləyici maddənin istifadə edilməməsi tövsiyə olunur. Ekran qoruyucu şüşə və ya film istifadə etmək zədələnmənin qarşısını almağa kömək edə bilər, lakin bu halda əksetməyə qarşı olan örtük effektiv olmayacaq. Buna görə də istifadəçilər ekranın qorunması ilə görüntü keyfiyyəti arasında seçim etməli olacaqlar.
    Paylaş