Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın əsas arxa kamerası barəsində məlumat verilib

    Cihazlar+
    26.04.2023
    Emil
        Samsung şirkətinin gələn il təqdim edəcəyi Galaxy S24 smartfon seriyasına daxil olacaq Galaxy S24 Ultra barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər Galaxy S24 Ultra-nın əsas arxa kamerası barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy S24 Ultra modeli Galaxy S23 Ultra-nın sahib olduğu 200 MP-lik kamera obyektivi ilə təchiz olunacaq.
        Söhbət, Samsung-un ISOCELL HP2 adlı 200 MP-lik kamera sensorundan gedir. Beləliklə şirkət gələn ilki Galaxy S24 Ultra-ya yeni kamera sensorunu quraşdırmayacaq. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, şirkət çəkiliş keyfiyyətinin optimizasiyası üçün proqram təminatına üstünlük verməyi hədəfləyib. Buna görə də şirkət gələn ilki flaqman smartfonunda proqram təminatı hesabına çəkiliş keyfiyyətinin yaxşılaşdırılması üçün yeni alqoritmlərdən istifadə edəcək.
    Paylaş
    Bənzər xəbərlər