
Samsung Galaxy S24 Ultra-nın kamera göstəriciləri təqdim edilib
Cihazlar+
16.10.2023
Emil
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S24 Ultra olacaq. İndi isə insayderlər sözügedən modelin kameraları barəsində ətraflı məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Galaxy S24 Ultra-da 10 qat optik zoom əvəzinə 5 qat optik zoom reallaşdırılsa da smartfon adi 100 qat zoom-u təmin etməyə davam edəcək. İnsayderlərin məlumatlarına əsasən Galaxy S24 Ultra-nın 4 ədəd arxa kamerasının özəllikləri aşağıdakı kimi olacaq.
- 1/1.3 düym ölçülü 200 MP-lik HP2SX kamerası (geniş bucaqlı obyektiv)
- 1/2.55 düym ölçülü 12 MP-lik Sony IMX564 kamerası (ultra geniş bucaqlı obyektiv)
- 1/3.52 düym ölçülü 10 MP-lik Sony IMX754 kamerası (3 qat zoom-lu obyektiv)
- 1/2.25 düym ölçülü 48 MP-lik kamera (5 qat zoom-lu obyektiv).
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
