Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın kameraları barəsində əlavə məlumatlar verilib

    Cihazlar+
    15.08.2023
    Emil
        Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S24 Ultra smartfonunun arxa kameraları barəsində növbəti məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən Galaxy S24 Ultra-nın arxa kameralarından biri olacaq 50 MP-lik teleobyektiv 1/2.52 formatlı optik matrisaya sahib olacaq. Bununla belə matrisanın sahib olacağı hər bir pikselin ölçüsü 0.7 mikrometr təşkil edəcək. İnsayder bildirib ki, bütün bunlar smartfona yaxşı işıqlandırılmamış mühitdə və 5 qat rəqəmsal zoom rejimində daha keyfiyyətli fotoların çəkilməsi imkanını verəcək. Üstəlik məlumatda qeyd edilib ki, smartfonun 10 qat zoom özəllikli periskop kamera obyektivi 10 MP-lik olacaq.
    Paylaş
    Bənzər xəbərlər