
Samsung Galaxy S24 Ultra-nın kameraları barəsində məlumat verilib
Ice Universe ləqəbli məşhur insayder öz mənbələrinə istinadən gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S24 Ultra-nın kameraları barəsində məlumat verib. Onun sözlərinə əsasən smartfonda zoom çəkiliş üçün nəzərdə tutulmuş kamera sensorunun təkmilləşdiriləcəyii barəsində daha öncə olmuş məlumat sızıntları özlərini doğrultmayıb.
Beləliklə Galaxy S24-ün arxa kameraları demək olar Galaxy S23 Ultra-nın arxa kameraları səviyyəsində olacaqlar. İnsayder bildirib ki, yeganə dəyişiklik ondan ibarət olacaq ki, smartfonun periskop obyektivinin daxilindəki Sony IMX754 adlı kamera sensoru Sony IMX754+ ilə əvəzlənəcək. Bu dəyişikliyin öz növbəsində hansı yenilikləri gətirəcəyi tam olaraq aydın deyil. İnsayderin sözlərinə əsasən Galaxy S24 Ultra-nın arxa kamera göstəriciləri aşağıdakı kimi olacaq.
- Samsung HP2 adlı 200 MP-lik əsas arxa kamera
- Sony IMX754 adlı 12 MP-lik kamera (3 qat zoom-a sahib teleobyektiv)
- Sony IMX754+ adlı 12 MP-lik kamera (10 qat zoom-a sahib periskop)
- Sony IMX564 adlı ultragenişbucaqlı kamera.
Paylaş
Bənzər xəbərlər