Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın kameralarında faydalı özəllik reallaşdırılacaq

    Cihazlar+
    13.10.2023
    Emil
         Ortaya çıxmış yeni məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 Ultra smartfonu özündə iki ədəd teleobyektivi qoruyub saxlayacaq. Lakin teleobyektivlərdən ən əsası 10 qat zoom əvəzinə 5 qat zoom-u əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra-da istifadə edilən teleobyektivlərdən biri 10 qatlıq zoom-a sahibdir.
         Lakin məlumatda qeyd edilib ki, Galaxy S24 Ultra-da 5 qat zoom-a sahib teleobyektivin istifadə edilməsinin də öz müsbət özəlliyi olacaq. Belə ki, Galaxy S24 Ultra-da 60fps-lə 4K çəkilişi zamanı smartfonun bütün kameraları arasında keçid etmək mümkün olacaq. Hal hazırda aktual olan Galaxy S23 Ultra-da bu, yalnız 30fps-lə 4K çəkilişdə mümkündür. 60fps-lə 4K çəkilişində əsas kameradan teleobyektivə keçid etmək üçün çəkilişi dayandırmaq, kamera keçidini etmək və çəkilişi sıfırdan başlatmaq lazımdır.
    Paylaş