Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın kameralarından birini təkmilləşdirəcək

    Cihazlar+
    09.08.2023
    Emil
        Ice Universe ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə Galaxy S24 Ultra-nın kameraları barəsində vermiş olduğu məlumatları yeniləyib. İnsayderin sözlərinə əsasən Galaxy S24 Ultra smartfonu zoom funksiyasının istifadəsi ilə reallaşdırılan çəkilişlərin keyfiyyətlərini yaxşılaşdıracaq vacib bir özəlliyi əldə edəcək. Belə ki, şirkət Galaxy S24 Ultra-ya 3 qat optik zoom-a sahib yenilənmiş 50 MP-lik teleobyektivi inteqrasiya edəcək.
        Bununla belə inteqrasiya ediləcək teleobyektivin kamera sensoru Galaxy S23 Ultra-dakı teleobyektivin kamera sensorundan daha böyük ölçüdə olacaq və hətta 9 qat zoom halında da keyfiyyətli çəkilişi təmin edəcək. Bununla yanaşı insayder bildirib ki, sözügedən smartfon Samsung-un ISOCELL HP2 adlı 200 MP-lik əsas arxa kamerası ilə təchiz olunacaq. Smartfonun ultragenişbucaqlı kamerası barəsində yeni bir məlumat verilməyib. İnsayder daha öncə qeyd etmişdi ki, Galaxy S24 Ultra-dakı ultragenişbucaqlı kamera Galaxy S23 Ultra-dakı kimi olacaq. Yəni söhbət, 12 MP-lik kameradan gedir. Qeyd etmək lazımdır ki, Galaxy S23 smartfon seriyası gələn ilin əvvəlində təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər