Samsung Galaxy S24 Ultra-nın maksimal daxili yaddaş həcmi nə qədər olacaq?
Cihazlar+
30.08.2023
Emil Nəcəfov
Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S24 smartfon seriyasına daxil olacaq Galaxy S24 Ultra modeli barəsində məlumatlar ortaya çıxmağa davam edir. Verilmiş məlumata əsasən Galaxy S24 Ultra modeli Galaxy S seriyasında ən böyük daxili yaddaş həcminə sahib ola bilər. Belə ki, insayderlər bildiriblər ki, Galaxy S24 Ultra-nın maksimal daxili yaddaş həcmi 2 TB təşkil edəcək. Smartfonun minimal daxili yaddaş həcminin isə 256 GB təşkil edəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra modelində də minimal daxili yaddaş həcmi 256 GB təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!