Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın müxtəlif gövdə rənglərində yeni render fotoları təqdim edilib

    Cihazlar+
    03.11.2023
         Bir neçə həftə bundan öncə məşhur insayder Ross Young Galaxy S24 Ultra-nın hansı gövdə rənglərinə sahib olacağı barəsində məlumat vermişdi. O bildirmişdi ki, smartfon qara, boz, bənövşəyi və sarı gövdə rənglərində satışa çıxacaq. İndi isə Phonearena saytı insayderin bu məlumatını vizuallaşdırıb. Təqdim edilmiş yeni render fotolar Galaxy S24 Ultra-nın daha öncə ortaya çıxmış CAD təsvirləri əsasında hazırlanıb. Birinci fotoda insayderin qeyd etmiş olduğu rənglər, ikinci fotoda isə əlavə rənglər əks olunub. İkinci fotoda smartfon narıncı, açıq-mavi və açıq-yaşıl rənglərdə əks olunub. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S24 Ultra-nın müxtəlif gövdə rənglərində yeni render fotoları təqdim edilib | Technote