main-post-cover

    Samsung Galaxy S24 Ultra-nın real fotoları ortaya çıxıb

    Cihazlar+
    24.11.2023
    Emil Nəcəfov
         X-də (keçmiş Twitter) Samsung Galaxy S24 Ultra smartfonunun real fotoları ortaya çıxıb. Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində ortaya çıxmış fotoların həqiqəti əks etdirdiklərini təsdiqləyib. Ortaya çıxmış fotolarda Galaxy S24 Ultra gümüşü gövdə rəngində əks olunub. Fotolardan da görmək olar ki, Galaxy S24 Ultra yastı ekranı, dairəvi kənar hissələri əldə edəcək. Ümumilikdə smartfonun dizaynı Galaxy S23 Ultra-nın dizaynı iıə eyni olacaq. Bununla yanaşı son məlumat sızıntılarına əsasən Galaxy S24 Ultra-nın gövdə ətrafı çərçivəsi titan materialdan hazırlanacaq. Bununla yanaşı sözügedən smartfonun bütün regionlar üçün Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcəyi gözlənilir. Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S21 smartfonları üçün OneUI 6.0-ın üçüncü beta versiyası istifadəyə verilib
    samsung-galaxy-s21-smartfonlari-ucun-oneui-60-in-ucuncu-beta-versiyasi-istifadeye-verilib
    Samsung-un yaxın aylar ərzində Android 14-ü əldə edəcək smartfonlarının rəsmi siyahısı təqdim edilib
    samsung-un-yaxin-aylar-erzinde-android-14-u-elde-edecek-smartfonlarinin-resmi-siyahisi-teqdim-edilib
    Samsung Galaxy A34 üçün Androdi 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-a34-ucun-androdi-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung Galaxy A73 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-a73-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung Galaxy Z Fold 5 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-z-fold-5-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib