
Samsung Galaxy S24 Ultra-nın real videosu təqdim edilib
Cihazlar+
12.01.2024
Emil
Samsung şirkəti 17 yanvar tarixində Galaxy Unpacked 2024 tədbirini keçirəcək və həmin tədbirdə Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S24 Ultra olacaq. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində Galaxy S24 Ultra-nın real videosunu təqdim edib. İnsayder tərəfindən təqdim edilmiş videodan da görmək olar ki, Galaxy S24 Ultra yastı ekrana sahibdir və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşdirilib. Gövdə küncləri isə nisbətən itidir. İnsayderin sözlərinə əsasən Samsung öz smartfonlarında kənarları əyilmiş ekranlardan imtina etmək və onların yerinə yastı ekranlardan istifadə etmək niyyətindədir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
